Mobil versiya
Azərbaycanla Türkiyə arasında miqrasiya perspektivləri müzakirə edilib
Tarix: 10-05-2018 | Saat: 14:26
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanla Türkiyə arasında miqrasiya perspektivləri müzakirə edilib


Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiriErkan Özoral ilə görüşüb.


aia.az-ın məlumatına görə, ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi məqsədilə keçirilən görüşdə Xidmət rəisi tarixən qədim köklərə malik Azərbaycan-Türkiyə dostluğundan və qardaşlıq əlaqələridən danışıb. İki ölkə arasında münasibətlərin hər zaman başqa dövlətlərə nümunə olduğunu söyləyib. V.Hüseynov ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən miqrasiya sahəsində bundan sonra da uğurla inkişafına və genişlənəcəyinə əminliyini ifadə edib.


Xidmət rəisi Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsi zəruriliyindən bəhs edib. Prezident İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkənin hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıqla bağlı “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” Sazişin əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin qeyri-müəyyən vəziyyətdə olan vətəndaşların leqallaşdırılması və statuslarının müəyyənləşdirilməsi məqsədini daşıyan “Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin nəzdində Miqrasiya İdarəsi üzrə Baş Direktorluğu ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında həyata keçiriləcək Razılaşma Memorandumu”nun layihəsi haqqında söhbət açılıb.


Yeni təyinatı ilə bağlı Xidmət rəisini təbrik edən səfir E.Özoral səmimi qəbula görə təşəkkürünü bildirib. Gələcəkdə Azərbaycan ilə Türkiyə arasında miqrasiya sahəsində mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.


Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq və miqrasiya sahəsində maraq kəsb edən məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024