Mobil versiya
Cəlilabad sakinindən külli miqdarda narkotik götürüldü
Tarix: 09-05-2018 | Saat: 10:07
Bölmə:Karusel / Ölkə | çapa göndər

Cəlilabad sakinindən külli miqdarda narkotik götürüldü



Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 4,7 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.



DİN mətbuat xidmətinin Lənkəran Regional qrupundan Modern.az-a verilən məlumata görə 7 may 2018-ci il tarixdə Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini İlham Şirinov saxlanılıb.



Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş İlham Şirinov saxlanılarkən üzərindəki siqaret qutularının içərisindən ümumi çəkisi 77,5 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.



Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evdən də 10 bükümdə ümumi çəkisi 4 kiloqram 668 qram narkotik vasitə heroin aşkarlanıb.



Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024