Ana Sayfa > Karusel / Ölkə > Cəlilabad sakinindən külli miqdarda narkotik götürüldü
Cəlilabad sakinindən külli miqdarda narkotik götürüldü9-05-2018, 10:07. Yazar: sevinc1 |
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 4,7 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. DİN mətbuat xidmətinin Lənkəran Regional qrupundan Modern.az-a verilən məlumata görə 7 may 2018-ci il tarixdə Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini İlham Şirinov saxlanılıb. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş İlham Şirinov saxlanılarkən üzərindəki siqaret qutularının içərisindən ümumi çəkisi 77,5 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evdən də 10 bükümdə ümumi çəkisi 4 kiloqram 668 qram narkotik vasitə heroin aşkarlanıb. Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir. aia.az Geri dön |