Mobil versiya
“Başqa necə reytinq yığa bilərlər?” - Aparıcılar tənqid olundu
Tarix: 08-05-2018 | Saat: 17:22
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Başqa necə reytinq yığa bilərlər?” - Aparıcılar tənqid olundu


Bir neçə gündür ki sosial şəbəkələrdə aparıcı Elçin Əlibəylinin "Space"in efirində müğənni Maral Tahirqızını təhqir etməsi məsələsi müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu kimi hallar təkcə Elçin Əlibəylinin deyil, həmçinin aparıcı Rövşanə Bektaşinin ARB TV-də yayımlanan “Sirdaş Rövşanə” verilişində də baş verir. O da efirə ekstranses adlandırdığı şəxsi dəvət edərək kulturoloqla onu qarşı-qarşıya qoyur. Televiziya efirlərində belə halların tez-tez baş verməsinə görə aparıcılar tənqidə məruz qalır.

Aparıcıları tənqid edən oxucular bildirir ki, əgər Elçin Əlibəyli Maral Tahirqızını bəyənmirsə, onu niyə verilişinə çağırıb təhqir edir? Sensasiya və reytinq toplamaq naminə belə yollara əl atmağın yolverilməz olduğu vurğulanır.

“Qafqazinfo” bu məqamda ekspert Qulu Məhərrəmliyə müraciət edib.

O qeyd edib ki, verilişin janrından, formasından, formatından asılı olmayaraq dəvət olunan insanlara hörmətlə yanaşılmalıdır: “Ola bilər ki, aparıcının kiməsə simpatiyası və ya antipatiyası olsun, ancaq bütün etik qaydalar gözlənilməlidir. Aparıcıya müəyyən imkanlar verilir. Əgər münasibət bildirmək istəyirsə, bunu müxtəlif üsullarla edə bilər. Amma o cür açıq, kobud şəkildə kimliyindən asılı olmayaraq insanları aşağılamaq olmaz.

Elçini təcrübəli bir aparıcı hesab edirəm. Bizim aparıcılar içərisində kifayət qədər nüfuzu, səriştəsi var. Ancaq yenə də belə bir yanaşma doğru deyil. Bəli, aparıcıya yaradıcılıq baxımından hər hansı bir məhdudiyyət qoymaq olmaz. Ancaq etik qaydalarda məhdudiyyətlər var”.



Onun sözlərinə görə, televiziya bizim həyatdakı davranışımızın davamıdır: “ Başqalarına rəva görmədiyimizi təbii ki özümüzə də rəva görmərik. Ona görə də, bu cür həddindən artıq sərbəstlik yolverilməzdir. Onlara elə gəlir ki, dramaturgiya cəhətdən bu cür konfliktin yaradılması verilişə diqqəti cəlb edir, reytinq artır, reklam gəlir və.s.
Təəssüf ki, bu dəsti-xətt bizim televiziyalarda aparıcı istiqamətə çevirilib. Başqa necə reytinq toplaya bilərlər? Ya gərək həddindən artıq auditoriyanı maraqlandıran mövzular qoyasan, məsələn, hazırda sosial həyatla bağlı həddindən çox ciddi problemlər var. Ya da belə bu cür oyunlar düzəldəsən ki, onunla da tamaşaçı cəlb edə biləsən. Ümumilikdə isə, bu dəsti-xətt bizdə 10 ildir ki, formalaşıb. Bu tip aparıcılar, verilişlər indi üstünlük təşkil edir. Bütün bunların auditoriyaya psixoloji baxımdan mənfi təsiri də az deyil. Ekrandan gələn həmin o yanlış davranışlar insanların şüuruna, davranışına, məişətinə hopur. Sonra da deyirik ki, bu keyfiyyətsiz adamlar, adi normadan yayınmalar hardan qaynaqlanır.

Mən o verilişlərə baxmıram, anonslarını arada görürəm. Fikirləşirəm ki, bu cür cazibədar anonslar nə üçündür? Doğurdanmı reklamverənlər düşünür ki, bunlar yaxşı verilişlərdir və məhsulunu orada yerləşdirsə, alıcı sayı artacaq?! Çətin vəziyyətdir. Cəmiyyəti də qınamaq olmur, kanallar da deyir ki, reytinq toplamalıdır, necəsə yaşamalıdırlar. Ancaq düşünürəm ki, bu cür yaşamaqdansa, yaşamamaq daha yaxşıdır. Çünki bir şeyin cəmiyyətə xeyirdən çox ziyanı dəyirsə, onu ortaya çıxartmaq olmaz. Bu verilişlərin hamısı düşünülmüş, cəmiyyətimizə mənfi emosiyalar gətirən, şiddəti artıran, əyintilərə stimul verən verilişlərdir. Ona görə də, bu məqsədli verilişlər televiziya məkanından yığışdırılmalıdır”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5311 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2020
{sape_links}{sape_article}