Mobil versiya
“Rusiya Qarabağla bağlı mövqeyini dəyişməyib” - XİN
Tarix: 04-05-2018 | Saat: 17:57
Bölmə:Siyasət | çapa göndər

“Rusiya Qarabağla bağlı mövqeyini dəyişməyib” - XİN




Rusiya Dağlıq Qarabağ probleminin həllində ardıcıl xətt götürüb və münaqişə tərəflərinə bundan sonra da kömək edəcək.
AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə söyləyib . Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağla bağlı mövqeyini dəyişmək niyyətində deyil.

Ermənistanda siyasi vəziyyətin sabitləşməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin yenidən başlayacağını qeyd edən M.Zaxarova deyib: “İndi Ermənistan çətin siyasi dövr yaşayır. Düşünürəm ki, hər halda siyasi sahədə vəziyyətin tamamilə sabitləşməsini gözləmək lazımdır. Ümidvarıq ki, xalq və siyasi qüvvələr rəhbər orqanların tərkibini hüquqi müstəvidə müəyyən edəcəklər və bundan sonra, mənə belə gəlir ki, xarici siyasət kursunun yeridilməsi üçün bütün imkanlar olacaq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da bu sahədə problemlərdən biridir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024