Mobil versiya
Heydər Əliyev mavzoleyi tikilə bilər
Tarix: 03-05-2018 | Saat: 11:08
Bölmə:Manşet / Gündəm | çapa göndər

Heydər Əliyev mavzoleyi tikilə bilər



Bir neçə gündən sonra dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 95 illik yubileyi qeyd olunacaq.

Bir çox ölkələrdə ümummili lider statusu daşıyan məşhur ictimai-siyasi xadimlərin məzarı üzərində ənənəvi ziyarətgaha çevrilən Mavzoley inşa olunub

Maraqlıdır ki, Heydər Əliyevin məzarı üzərində də mavzoley ucaldıla bilərmi?


Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlamasında bu haqda danışıb:


“Ümumiyyətlə, ümummilli liderin adını daşıyan ənənələrin olması çox vacibdir. Çünki mərhum Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Sovet dövründə Azərbaycana rəhbərlik edib. Ən yüksək vəzifədə olan azərbaycanlı olub. Bildiyiniz kimi, ümummilli liderin siyasi fəaliyyəti çox genişdir. Bildiyiniz kimi, Heydər Əliyevin adına analoqu olmayan mərkəz (Heydər Əliyev mərkəzi) var. Bu, dünya arxitekturasına daxil olan bir mərkəzdir. Faktiki olaraq fəaliyyət göstərir. Ümummilli liderin mavzoleyinin tikilməsi ilə bağlı təkliflər də verilə bilər. Bu, mümkündür. Sadəcə son qərar aidiyyatı qurumlarındır”.


YAP rəsmisi “ümummilli lider” statusu barədə də danışıb:


““Ümummilli lider” sözü artıq bir ənənəyə çevrilib. Bu sözün qanuniləşdirilməsinə gəlincə, bəllidir ki, bu, qanunda sanksiyalaşdırılmış adətlərdən irəli gəlir. Adətlər sanksiyalaşdırılır və ənənələr qanun olur. Bu baxımdan da Azərbaycanda “ümummilli lider” sözünün təqdim olunması qanun kimi bir şeydir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə