Mobil versiya
Türkiyədə 4 partiya Ərdoğana qarşı birləşdi
Tarix: 02-05-2018 | Saat: 12:08
Bölmə:Siyasət | çapa göndər

Türkiyədə 4 partiya Ərdoğana qarşı birləşdi


Türkiyədə keçiriləcək növbədənkənar parlament seçkilərinə Cümhuriyyət Xalq Partiyası (CHP), İyi Partiya (İP), Səadət Partiyası (SP), Demokrat Partiyası (DP) birlikdə qatılacaq.
AzVision.az xəbər verir ki, bununla bağlı partiya sədrlərinin razılaşma protokolu sabah saat 17:00-də açıqlanacaq.

Məlumata görə, 4 partiyanın ittifaqının adı “Millət” və ya “Demokratiya” olacaq. Adla bağlı son qərarı partiya liderləri verəcək.

4 partiyanın ittifaqı növbədənkənar parlament seçkiləri üçün nəzərdə tutulub. Partiyalar prezident seçkilərinə isə öz namizədləri ilə qatılacaqlar.

Qeyd edək ki, Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri iyunun 24-də keçiriləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024