Ziyafət Əsgərov: “Mətbuat bunları yazarkən təhrifə yol verməməlidir”
Tarix: 01-05-2018 | Saat: 15:18
Bölmə:Siyasət | çapa göndər
“Mətbuatda bəzi qanunların, o cümlədən Cinayət və İnzibati Xətalar məcəllələrinin 2017-ci ildə qəbul edilən “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırılmasını yanlış təqdim edirlər. Cərimələrin artırılması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı fikirlər səsləndirilir. Onlar məsələlərə münasibət bildirərkən konteksdən çıxarırlar, yəni “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırmanı qeyd etmirlər”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin sədr müavini Ziyafət Əsgərov deyib. O qeyd edib ki, burada söhbət yalnız ölkədə hərbi vəziyyətin tətbiq olunduğu zamandan gedir.
““Hərbi vəziyyət haqqında” qanun nə vaxt tətbiq ediləcəksə, o zaman bu cəzalar tətbiq olunacaq. Bu, bizim beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur. Bu məsələdən yazarkən təhrifə yol verilməməlidir”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər