Mobil versiya
Səlim Müslümovun icra başçısı işləyən dayısı DANIŞDI: “Cənab prezident onu vəzifədən çıxarıbsa...”
Tarix: 27-04-2018 | Saat: 11:54
Bölmə:Manşet / Gündəm | çapa göndər

Səlim Müslümovun icra başçısı işləyən dayısı DANIŞDI: “Cənab prezident onu vəzifədən çıxarıbsa...”


Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Həmin sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.
Bu təyinatlar zamanı köhnə nazirlərdən bəziləri yeni hökumətdə yer almadılar.

Nazir postunu itirənlər arasında 2013-cü ildən bəri əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyən Səlim Müslümov da var.
Prezident Səlim Müslümovun yerinə iqtisadiyyat nazirinin müavini Sahil Babayevi gətirib.

Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.


Səlim Müslümov Ağsu rayonunun Pirhəsən kəndində doğulub. Hazırda bu rayonun icra başçısı Ənvər Seyidəliyev sabiq nazirin doğmaca dayısıdır.


Maraqlıdır, eks-nazirin dayısı – icra başçısı Ənvər müəllim bu dəyişikliyə necə baxır?


Modern.az saytının əməkdaşı Ənvər Seyidəliyevlə əlaqə saxlamağa çalışıb və buna nail olub.


İcra başçısı bacısı əməkdaşımızla söhbətdə oğlunun vəzifədən çıxarılmasına münasibət bildirib. O, saytımıza açıqlamasında deyib ki, bu cür məsələlərdə prezidentin sərəncamı şərh olunmur:


“Şəxslərin vəzifəyə təyinatı, ya da vəzifədən çıxarılması cənab prezidentin səlahiyyətinə daxildir. Ona görə də prezidentin sərəncamı şərh olunmur. O, nəyi necə məsləhət görürsə, dəyərləndirmək lazımdır. Allah prezidentimizi qorusun. Səlim Müslümov dünənə qədər əmək və əhalinin sosial müdafiəsi naziri idi. Bu, prezidentin verdiyi qərar idi və müsbət dəyərləndirilib. Bu gün isə cənab prezident Səlim Müslümovun vəzifədən çıxarılması ilə bağlı sərəncam imzalayıb. Cənab prezident kimi vəzifəyə qoyursa, yaxud da vəzifədən çıxarırsa, bu, onun məsləhətidir. Bu cür məsələlərə hörmətlə yanaşmaq lazımdır”.


Qeyd edək ki, Ənvər Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub.
1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirib.
1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışıb. 1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.
1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı vəzifəsində çalışıb.
1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri vəzifəsində çalışıb.
2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də idarə rəisi vəzifəsində işləyib.
2007-ci ilin dekabrında tarixdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024