Mobil versiya
"Ordumuzu Türkiyə məhsulları hesabına gücləndiririk" - Prezident
Tarix: 25-04-2018 | Saat: 16:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Ordumuzu Türkiyə məhsulları hesabına gücləndiririk" - Prezident




"Müdafiə sahəsində birgə hərbi təlimlər, tədqiqatlar həyata keçirilir. Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var”

Bunu Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

"Biz ordumuzu Türkiyədə istehsal edilən hərbi məhsullar hesabına gücləndiririk. Bu gün aparılan danışıqlarda qərara gəldik ki, bundan sonra da bu istiqamətdə addımlar atılsın. Türkiyədə istehsal olunan müdafiə sənayesi məhsulları ən yüksək standartlara uyğundur”, - Prezident bildirib.

Ölkə başçısı qeyd edib ki, Türkiyə və Azərbaycan bütün sahələrdə - mədəniyyət, təhsil, humanitar sahələrdə daim əməkdaşlıq edirik: "Bizi birləşdirən qədim və yaxın tariximiz var. May ayında Azərbaycan Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. Ondan sonra Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin ordusu ilə birgə Bakının erməni quldur dəstələrindən azad edilməsini birlikdə qeyd edəcəyik. Bu, şanlı tariximizdir. Tarix göstərir ki, biz həmişə bir olmuşuq və həmişə biz yerdə olacağıq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024