"Azərbaycan Ermənistana konkret vaxt qoymalıdır" - Rasim Musabəyov
Tarix: 24-04-2018 | Saat: 11:37
Bölmə:Karusel / Siyasət | çapa göndər
İrəvanda keçirilən kütləvi etiraz aksiyaları ötən gün Serj Sarkisyanın baş nazir postundan istefası ilə nəticələndi. Hazırda Ermənistanda hökumət böhranı yaşanır. Baş nazir vəzifəsini müvəqqəti olaraq Karen Karapetyan icra edir. Müxalif lider Nikol Paşinyan isə bildirib ki, həftə ərzində Ermənistanda xalq arasından yeni baş nazir təyin olunmalıdır.
Daha sonra müvəqqəti hökumət yaradılmalı və növbədənkənar parlament seçkiləri təyin edilməlidir. Hələlik Ermənistandakı hadisələrin hansı ssenari ilə inkişaf edəcəyi bəlli deyil.
İrəvanda etirazların gərgin vaxtında Ermənistan hakimiyyəti diqqəti yayındırmaq üçün Qarabağ kartını işə salmağa çalışıb. İşğalçı ölkənin Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun cəbhə xəttində döyüş hazırlığına gətirildiyini açıqlayıb. Sözsüz ki, belə bir iddianın ortaya atılmasına başlıca məqsəd etirazçı kütlənin diqqətini Qarabağ məsələsinə yönəltmək idi. Amma bu variant da Sarkisyanı xilas edə bilmədi.
Azərbaycan Müdafiə Nazirliyi ötən gün bəyan edib ki, Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.
Nazirlik bildirib ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir: "Gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir. Bəyan edirik ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaqdır".
Daha sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayaraq həssas dövrdə tərəflərin atəşkəsə hörmətlə yanaşmasının vacibliyini vurğulayıblar. Həmsədrlər tərəfləri gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə, münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqları bərpa etməyə çağırış edib.
Burada sual yaranır: Həmsədrlər nədən narahatdır?
Millət vəkili, politoloq Rasim Musabəyov AzVision.az-a bildirib ki, Ermənistanda Azərbaycan əleyhinə aparılan təbliğat daxili məsələlərlə bağlıdır:
“Ermənilər təbliğata başlayıblar ki, guya Azərbaycan cəbhə xəttinə ağır texnika yığır. Bu, daxili məqsədlər üçün edilən təbliğatdır. Düşünürəm ki, yaxın zaman ərzində Azərbaycan ermənilərə bəhanə verməyəcək. Rusiya, Qərb, ATƏT-in Minsk qrupunun müraciəti var ki, ağır texnika cəbhə xəttinə yaxınlaşdırılmasın, atəşkəsə əməl olunsun və danışıqlar tezliklə bərpa olunsun. Bizdə istəyirik ki, danışıqlar bərpa olunsun. Azərbaycan tərəfi danışıqlara hər zaman hazırdır”.
R.Musabəyov vurğulayıb ki, Azərbaycan danışıqlara başlmaq üçün Ermənistan qarşısında konkret vaxt limiti qoymalıdır: “Bizə deyirlər ki, atəşkəsi qoruyun və danışıqlara gedin. Buyursunlar. Biz gözləyirik. Nümayəndələri gəlsin, danışıqlara başlayaq. Sadəcə ermənilər bəhanə edəcək ki, hökumətimiz olmadığından Ermənistan adından danışacaq kimsə yoxdur. Onlar bu və digər bəhanələrdən istifadə edib vaxt uzatmağa çalışacaqlar. Ancaq, Azərbaycan Ermənistan qarşısında vaxt limiti qoymalıdır. Konkret müəyyənləşdirilən vaxt ərzində ya danışıqlar bərpa olunmalıdır, ya da Azərbaycan öz hüququndan istifadə edərək torpaqlarını hərbi yolla işğaldan azad edəcək”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər