Mobil versiya
“Novruz Məmmədov heç bir qruplaşmada olmayıb” – Komitə sədrindən AÇIQLAMA
Tarix: 21-04-2018, 12:40 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Novruz Məmmədov heç bir qruplaşmada olmayıb” – Komitə sədrindən AÇIQLAMA



Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikasının yeni Baş naziri postuna Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov təsdiq olunub.



Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məcliisn Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Novruz Məmmədovun baş nazir olması Azərbaycan Respublikası prezidentinin növbəti uzaqgörən addımlarından biridir:



“Novruz Məmmədov namizəd kimi irəli sürüldükdən sonra hər kəs əmin oldu ki, bu şəxsiyyət insanların təsəvvür edə bilmədiyi, amma prezidentin uzaqgörən siyasətinə cavab verən namizəddir. Novruz Məmmədov beynalxalq münasibətlərdə uzun müddət təcrübəsi olan, Heydər Əliyev siyasi xəttinə sədaqətli biridir. Uzun müddət cənab İlham Əliyevin köməkçisi olmuş və beynalxalq münasibətlərlə məşğul olan şəxsiyyətdir. O, cəmiyyətdə özünə xüsusi nüfuz qazanıb. Heç bir qruplaşmada olmayan, təvazökar, sadə və ağıllı insandır. Möhtərəm prezidentimizin növbəti uzaqgörən, ağıllı addımı nəticəsində belə bir lider bu gün hökumətin başına gətirildi. Bəzən elə hesab edirlər ki, hökumətə rəhbərlik edən şəxs sırf iqtisadçı olmalıdr. Mövzuyla bağlı düşüncələrim fərqlidir. Bu, siyasi vəzifədir.



Novruz Məmmədov Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür. Bu gün bu siyasi vəzifə ona etibar olundu. Novruz Məmmədovun müasir düşüncə tərzi, təşəbbüskarlığı, yenilikçiliyi, iqtisadi məsələlərə dünyəvi baxışı var. Azərbaycanda son illər beynalxalq iqtisadi forumların, beynalxalq iqtisadi tədbirlərin keçirilməsi Novruz Məmmədovun bu böyük vəzifənin öhdəsindən gələ biləcəyinin sübutudur.



Deputat bu gün yekdilliklə Novruz Məmmədova səs verdiklərini də qeyd edib:



“Yeni Baş nazirimiz parlamentdə çıxış etdi və cənab Prezidentə ona göstərilən etimada görə minnətdarlığını bildirdi. Milli Məclisi əmin etdi ki, prezidentimizin qarşıya qoyduğu iqtisadi islahatları ardıcıl olaraq dövlət başçısının istədiyi şəkildə həyata keçirəcək. Bu Azərbaycan xalqının növbəti qələbəsi və cənab prezidentimizin uzaqgörənliyinin növbəti sübutudur”.

aia.az



5368 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930