Mobil versiya
Siyavuş Novruzov yeni baş naziri TƏRİFLƏDİ
Tarix: 21-04-2018 | Saat: 12:22
Bölmə:Karusel / Siyasət | çapa göndər

Siyavuş Novruzov yeni baş naziri TƏRİFLƏDİ


Milli Məclisdə Baş nazir postuna namizədlə bağlı müzakirələr davam edir.

Müzakirələrdə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edib.

O bildirib ki, Azərbaycan Prezidenti tərəfindən namizədliyi irəli sürülən Novruz Məmmədov dəyərli fikrilər ortaya qoyub.

"Novruz Məmmədov 22 ildən artıqdır ki, Prezdent Administrasiyasında çalışır. Hazırki mərhələyə addım-addım, yüksək fəaliyyəti ilə gəlib.

O, dövlətin, prezidentin siyasətini düzgün şəkildə həyata keçirib,hər zaman ölkə maraqlarını beynəlxalq aləmdə müdafiə edib. İstər seçkilər, istərsə də digər məsələlərdə ölkəmiz əlaeyhinə aparılan həqiqətə olmayan yazılan yazılara tutarlı cavab verib. Yeni Azərbaycan Partiyasıdır. Biz də partiya adından Novruz Məmmədovu dəstəkləyirik. Bundan sonrakı fəaliyyətində uğurlar arzu edirik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024