Mobil versiya
““Metsamor” bölgə üçün ciddi təhlükə mənbəyidir” - Məmmədyarov
Tarix: 18-04-2018, 17:40 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

““Metsamor” bölgə üçün ciddi təhlükə mənbəyidir” - Məmmədyarov




Xarici işlər naziri vəzifəsini icra edən Elmar Məmmədyarov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Yukiya Amanonu qəbul edib.
XİN-dən aia.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) arasında mövcud effektiv əməkdaşlıqdan məmnunluğunu ifadə edərək AEBA-nın fəaliyyət və yardımının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə AEBA ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində ölkəmizdə həyata keçirilmiş 22 layihə və icra edilməkdə olan 9 layihənin Azərbaycanın inkişafı və müvafiq qurumların imkanlarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Azərbaycanın milli tədqiqat reaktorunun yaradılması və istifadə edilməsində və kadrların hazırlanmasında AEBA-nın dəstəyi yüksək qiymətləndirilib. Tərəflər sülh məqsədləri üçün nüvə texnologiyasının tətbiqinə toxunaraq, səhiyyə, kənd təsərrüfatı, neft sənayesi kimi sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Görüş zamanı Elmar Məmmədyarov nüvə reaktorlarının təhlükəsizliyi məsələsinə toxunularaq Ermənistanda yerləşən, bölgəmiz üçün ciddi təhlükə mənbəyi olaraq köhnəlmiş Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən “Metsamor” AES-in istismarından irəli gələn təhlükələri diqqətə çatdırıb. Həmçinin, o, "Metsamor" AES-in nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı baxımdan ciddi təhlükə mənbəyi olduğunu vurğulayaraq, nüvə təhlükəsizliyi konsepsiyası çərçivəsində AEBA tərəfindən bu istiqamətdə zəruri addımların atılmasının vacibliyini qeyd edib.

aia.az



5228 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30