Mobil versiya
Lukaşenko İlham Əliyevi təbrik etdi
Tarix: 12-04-2018 | Saat: 10:23
Bölmə:Manşet / Siyasət | çapa göndər

Lukaşenko İlham Əliyevi təbrik etdi



Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə İlham Əliyevi təbrik edib.

aia.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Təbrik məktubunda deyilir: "Səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycanın qurulması istiqamətində aparılan ardıcıl siyasət ilə yüksək həmrəyliyini təsdiq etmiş oldu. Əminəm ki, sizin dövlət başçısı kimi məsul vəzifədəki fəaliyyətiniz bundan sonra da qüdrətinin və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini təmin edəcək, dost Belarus-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafına səbəb olacaq”.

A.Lukaşenko, həmçinin İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji və uğurlar arzulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024