Mobil versiya
Sabah seçkilərlə bağlı 5 dəfə məlumat açıqlanacaq
Tarix: 10-04-2018 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabah seçkilərlə bağlı 5 dəfə məlumat açıqlanacaq



Sabah - aprelin 11-də Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə keçiriləcək.



aia.az-ın məlumatına görə, ölkə ərazisində Dairə Seçki komissiyalarının sayı 125-dir.

Azərbaycanda 5641 Məntəqə Seçki Komissiyası, 5426 daimi seçki məntəqəsi, 215 müvəqqəti seçki məntəqəsi mövcuddur.

Seçki komissiyalarına təyin olunmuş məşvərətçi səs hüquqlu komissiya üzvlərinin sayı 5253 nəfərdir.

Həmçinin, Mərkəzi Seçki Komissiyası tərəfindən prezident seçkiləri ilə əlaqədar 60 təşkilat və 59 ölkədən 890 beynəlxalq müşahidəçi akkreditə olunub.



Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.



Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək.



Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatları açıqlayacaq.



Mərkəzi Seçki Komissiyası 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.


Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024