Mobil versiya
Nazir: "Azərbaycanlı qadın və uşaqlarla bağlı İraqa nümayəndə göndərmişik"
Tarix: 06-04-2018 | Saat: 16:58
Bölmə:Siyasət | çapa göndər

Nazir: "Azərbaycanlı qadın və uşaqlarla bağlı İraqa nümayəndə göndərmişik"


"Burada iraqın xarici işlər nazirinin müavini ilə görüşdük. Bu istiqamətdə işlər görürük. Lakin bu, asan məsələ deyil. Həm də təkcə bizdən asılı məsələ deyil. İraq hökuməti də bunun üzərində işləsin".



APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının aralıq nazirlər konfransının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.



Nazir bildirib ki, İraq tərəfinin bu məsələdə kömək etməyə hazır olduğunu bəyan etməsinə baxmayaraq, istintaq aparılır: "İraq tərəfi hərdən bəyanatlar verir ki, azərbaycanlı uşaqların geri qaytarılmasına kömək etməyə hazırdılar, amma istintaq aparırlar. Uşaqlar haqda düşünürük, araşdırma aparırıq ki, onların burda qohumları var, ya yoxdur. Bu isə vaxt tələb edir. Biz artıq İraqa ora nümayəndə heyəti göndərmişik, görüşlər keçirilir".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024