Mobil versiya
“Növbəti döyüşdə düşmən böyük “sürpriz”lə qarşılaşacaq” - General Bərxudarov
Tarix: 05-04-2018 | Saat: 10:48
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Növbəti döyüşdə düşmən böyük “sürpriz”lə qarşılaşacaq” - General Bərxudarov


"Hazırda ordumuz düşmənin hər bir fəaliyyətini, addımını və hərbi texnikasının hərəkətini izləmək imkanına malikdir"

Bunu Hərbi birlik komandiri, general-mayor Mayis Bərxudarov 2016-cı ilin aprel döyüşlərindən danışarkən deyib. General-mayor bildirib ki, Azərbaycan Ordusunun sayıqlığı nəticəsində düşmən geri oturdulub və işğalda olan bir neçə əlverişli mövqe azad olunub.

"Bu gün biz həmin əlverişli yüksəkliklərdən gələcək döyüşləri daha uğurlu aparmaq üçün çox geniş bir görüntüyə malik olan əraziyə nəzarət edə bilirik. Lələtəpəni ələ keçirəndə birinci yaralanan əsgəri heç zaman unutmuram. Qarşılaşanda soruşdum əsgər yaxşısan? Dedi: "Komandir, Vətən sağ olsun!". Bu vəziyyət bir komandir olaraq mənə daha da güc verdi".


Hərbi birlik komandiri qeyd edib ki, aprel döyüşlərində qüvvəmizin çox az bir hissəsindən istifadə olunub: "O qüvvə ilə Ermənistan ordusunu geri oturduq. Hazırda ordumuz düşmənin hər bir fəaliyyətini, addımını və hərbi texnikasının hərəkətini izləmək qabiliyyətinə malikdir. Bunun üçün bizim ən müasir gecə və gündüz görmə cihazlarımız var. Bunu düşmən də hiss edir. Onlar bizimlə ayaqlaşmaq istəyirlər, amma buna çata bilmirlər. Ən ucuz aparatlardan istifadə edirlər. Ordumuz günü-gündən güclənir. Aprel döyüşlərindən sonra da ordumuzun arsenalına güclü və müasir silahlar daxil olub. Növbəti döyüşdə düşmən böyük "sürprizlə" qarşılaşacaq".(azvision.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5472 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2020