Mobil versiya
Deputatlardan xaricdəki radikallara etiraz: “Gəlin, kişi kimi mübarizə aparın!”
Tarix: 03-04-2018 | Saat: 11:56
Bölmə:Manşet / Siyasət | çapa göndər

Deputatlardan xaricdəki radikallara etiraz: “Gəlin, kişi kimi mübarizə aparın!”


Milli Məclisin bu gün keçirilən plenar iclasında xaricdə yaşayan bir qrup radikal müxalifətçinin Azərbaycan hökumətinə qarşı başlatdığı çirkin kampaniya tənqid olunub.

Bir neçə deputat çıxış edərək radikalların Azərbaycan xalqını təhqir etdiyini deyiblər.

MM-in Aqrar siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib ki, xaricdə yaşayan bəzi azərbaycanlılar hamını təhqir edirlər. Bu məsələdə susmaq olmaz.

Komitə sədri bildirib ki, cəmiyyətin hər bir üzvü bu insanların cavabını verməlidir: "Bu dərəcədə tərbiyəsizliyə dözmək mümkün deyil. Həmin şəxslər ölkədəki sabitliyi pozmaq istəyirlər. Ona görə də buna imkan vermək olmaz”.

Parlamentin İntizam komissiyasının sədri Ağacan Abıyev də çıxışında məsələyə sərt münasibətini bildirib: "Azərbaycan həmin şəxslərdən imtina etməlidir. Onlar Azərbaycanı sevmirlər. Azərbaycandan danışırlarsa, inkişafdan danışsınlar. O insanlar öyrədilmiş və ya aldadılmış insanlardır”.

Deputat Novruzəli Aslanov xaricdə Azərbaycan hökuməti əleyhinə iş aparanları "ünsür” adlandırıb. O, bildirib ki, ölkədə xalq-iqtidar birliyi var: "Aprelin 11-də prezident seçkiləridir. Xalqın da seçimi bəllidir”.

Deputat Elmira Axundova qeyd edib ki, onlar heç kimdirlər, mübarizə aparmaq istəyirlərsə, gəlib kişi kimi mübarizə aparsınlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024