Mobil versiya
Deputatlar jurnalistləri təhqir edən akademiki qınadılar: “Ramiz Məmmədov bir səhv edib”
Tarix: 02-04-2018 | Saat: 17:03
Bölmə:Manşet / Gündəm | çapa göndər

Deputatlar jurnalistləri təhqir edən akademiki qınadılar: “Ramiz Məmmədov bir səhv edib”


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir edən açıqlamaları hələ də müzakirə obyekti olaraq qalır. Akademikin elmi nailiyyət və elmi dünyagörüşü ilə deyil, söyüş və təhqirləri ilə aparılan müzakirələrin episentrində dayanması təəssüf doğuran haldır.

Jurnalistlərə ünvanlanan təhqir dolu "bezdarnı”, "küçük” kimi nalayiq ifadələr həmkarlarımız tərəfindən müxtəlif şəkildə cavabını aldı. AMEA rəhbərliyi hələ ki olaya rəsmi münasibət bildirməyib.

Modern.azbu məsələ ilə bağlı Milli Məclisin üç deputatını danışdırıb.


Deputat Çingiz Qənizadəninsözlərinə görə, sağlam məntiqlə sual verən jurnalisti heç cür təhqir etmək olmaz:

"Yalnız jurnalisti deyil, heç kimi təhqir etmək olmaz. Ümumiyyətlə təhqir böhtan, heç bir dəyərlərə sığmır. Elmlər Akademiyasının bir alimi belə bir addım atırsa və söyləyirsə ki, Azərbaycanda bütün jurnalistlər belədir, düşünürəm ki, bu ictimai qınağa çevirilə bilər”.


Millət vəkili Fazil Mustafadeyib ki, bütün hallarda təhqir yolverilməzdir:

"Ramiz müəllim Azərbaycanın dəyərli elm adamlarından biridir. Mənim ona böyük hörmətim var. Ola bilsin ki, həqiqətən o sözləri deyəndə əsəbi olub. Hər halda uğursuz bir cavabdır. Ramiz müəllim leksikonunda bu formada danışan insan deyil. Azərbaycan elminin inkişafında özünəməxsus yeri olan bir insan kimi Ramiz müəllimə dəyər verirlər. Məsələni bu dərəcədə gərginləşdirməyə ehtiyac yoxdur. Belə dəyərli alimlərimizin bu cür addımlarına müəyyən dərəcədə güzəşt etməliyik. Çünki bu əsəbi situasiyada verilən bir cavabdır. Sonuncu açıqlamasında da səsləndirdiyi fikirlərdən peşman olduğu görülür. Ümumiyyətlə, hamının, xüsusilə də jurnalistlərin təhqir olunması doğru addım deyil. Çünki jurnalistlər bizim fikirlərimizi cəmiyyətə çatdıran pəşə insanlarıdır. Təbiidir ki, jurnalistlərin içərisində də keyfiyyətli, keyfiyyətsiz insanlar var. Bir pis jurnalistə görə bütün jurnalistləri təhqir normal hal deyil. Mənim fikrimcə, bu olayı yaxşı mənada yoluna qoymaq lazımdır. Ramiz müəllim öz zəhməti ilə akademikliyə yüksələn bir insandı”.
Deputat, "Ədalət” qəzetinin baş redaktoruAqil Abbas da deyib ki, nəinki jurnalisti, heç kimi təhqir etmək olmaz.

"Ramiz Məmmədov bir səhv edib. Sonrakı açıqlamalarında əsəbi olduğu üçün belə bir fikir səsləndirdiyini etiraf edib. Məncə o etirafdan sonra məsələyə dair əlavə söz deməyə ehtiyac yoxdur”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024