Mobil versiya
Venesuelanın Azərbaycanda səfirliyi açıldı
Tarix: 31-03-2018 | Saat: 10:36
Bölmə:Siyasət | çapa göndər

Venesuelanın Azərbaycanda səfirliyi açıldı



Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında Səfirliyi açılıb.

Bu haqda aia.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

XİN Dövlət Protokol İdarəsinin rəisi Səfir Pərvin Mirzəzadə Venesuelanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib.

Görüşdə Venesuela səfirliyinin müvəqqəti işlər vəkili Venesuela xarici işlər naziri Jorje Arreaza Monzerrat tərəfindən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarova Venesuelanın Bakıda Səfirliyinin açılması və Pedro Argenis Sançes Floresin müvəqqəti işlər vəkili təyin olunması barədə məktubunu təqdim edib.

Səfir Pərvin Mirzəzadə Venesuelanın Azərbaycanda səfirliyinin açılması barədə qərarın alqışlandığını qeyd edərək bunun ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Görüşdə Qoşulmama Hərəkatının 3-6 aprel tarixlərində Bakıda keçiriləcək iclasına hazırlıq, Qoşulmama Hərəkatında sədrliyin 2019-cu ildə Venesueladan Azərbaycana keçməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024