Milli Şura mitinqi niyə 31 mart tarixinə saldı...
Tarix: 28-03-2018 | Saat: 12:36
Bölmə:Karusel / Siyasət | çapa göndər
Müxalifət növbəti mitinqi martın 31-də saat 15:00-da “Məhsul” stadionunda keçirməyi planlaşdırıb.
Lakin mitinq üçün seçilən tarixin uğurlu olmadığını deyənlər kifayət qədərdir. Düşünülür ki, 31 mart tarixi azərbaycanlılara qarşı erməni-daşnak qüvvələrinin soyqırımı törətdiyi gündür və soyqırımının 100 illiyinin tamam olduğu tarixdə Milli Şuranın mitinq keçirib, seçkilərlə bağlı hər hansı münasibət bildirməsi düzgün deyil. Hətta mitinqin, şəhidlərin ruhuna hörmət olaraq təxirə salınması fikirləri də səsləndirilir.
Məsələ ilə bağlı Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev Modern.az saytına açıqlama verib. O, Milli Şuranın 31 mart tarixini seçmə səbəbindən danışıb:
“31 mart bildiyiniz kimi Azərbaycanlıların soyqırımı günüdür və çox ağrılı tarixdir. Düşünürəm ki, 31 mart tarixində mitinq keçirilməsi tarixi hadisələrlə üst-üstə düşməsi baxımından çox mühüm, əlamətdar gündür. Çünki illərdir, insanların toplum halında bir yerə yığışıb erməni vəhşiliyinə etiraz etməsi ilə bağlı keçirilən aksiyalarımız elə də çox deyil. Baxmayaraq ki, biz Xocalı soyqırımını və ya digər bu tipli hadisələri qeyd edirik, o qədər də kütləvilik təşkil etmir. Söhbət müxalifətdən, Milli Şuradan getmir”.
O. Gülalıyev qeyd edib ki, cəmiyyət, xalq olaraq bu cür toplantılar az olur:
“31 martı həm də ona görə seçdik ki, bu tarixdə erməni soyqırmına etiraz edək. Bizim əsas məqsədlərimizdən biri ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırıma etiraz etmək, erməni vandalizmini pisləməkdir. Eyni zamanda, bu mitinq 11 aprelə təyin olunmuş növbədənkənar seçkilərə münasibətdir. Hesab edirəm ki, mitinqimiz normal bir günə təsadüf edir”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024