Mobil versiya
BQXK əməkdaşları Dilqəm və Şahbazla görüşəcək
Tarix: 27-03-2018 | Saat: 17:14
Bölmə:Manşet / Gündəm | çapa göndər

BQXK əməkdaşları Dilqəm və Şahbazla görüşəcək


“Yaxın günlərdə atama məktub göndərəcəm”

Bunu AzVision.az-a Kəlbəcərdə ermənilət tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Girovun oğlunun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları bu gün onunla əlaqə saxlayıblar.
“Atamdan nə zaman məktub alacağımla bağlı maraqlandım. Mənə bildirdilər ki, 10 gün ərzində görüş olacaq və məndən atama məktub aparacaqlar. Əfsuslar olsun ki, atamdan cavab ala bilmirəm”.

K. Əsgərov Ermənistanı beynəlxalq məhkəməyə vermək üçün peşəkar vəkilə ehtiyacı olduğunu deyib. O, əlavə edib ki, Beynəlxalq İnsan Hüquqları Müdafiə Komitəsinin Azərbaycan nümayəndəliyi Fransadakı baş ofisə kəlbəcərli girovlarla bağlı müraciət ünvanlayıb.

"Düşünürəm ki, məhkəmə vasitəsi ilə çox işlər görə bilərik. Ermənistanı beynəlxalq məhkəməyə vermək üçün beyləxalq səviyyədə vəkilə ehtiyacımız var. Buna görə də dövlətimizdən kömək istəyirəm. Bu işdə mənə yardımlarını əsirgəməsinlər”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024