Qərb-Rusiya müharibəsi başlayır? - Deputatlar rus diplomatların xaricdən qovulmasını ŞƏRH ETDİLƏR
Tarix: 27-03-2018 | Saat: 16:52
Bölmə:Manşet / Siyasət | çapa göndər
Avropa Birliyi və onunla müttəfiq olan ölkələr Böyük Britaniyada keçmiş kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsinə cavab addımı kimi 139 rusiyalı diplomatı ölkədən xaric edib. 24 ölkənin paralel atdığı bu addım tarixdə ən kütləvi diplomat qovulması hadisəsi sayıla bilər.
Rusiya diplomatlarının qovulması ilə bağlı ən kəskin addımı ABŞ atıb. Belə ki, bu ölkəni 60 rusiyalı diplomat tərk edəcək, paralel olaraq, Sietl şəhərindəki konsulluq da bağlanacaq.
Qərblə Rusiya arasındakı hazırkı münasibətlərin nəticələri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta proseslərin müharibə ilə sonlanacağını düşünənlər də az deyil.
Məsələ ilə bağlı Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə Modern.az saytına açıqlamasında bildirib ki, Qərb və Rusiya arasında münasibətlərin bu səviyyəyə gəlib çatması çox təəssüf doğuran haldır:
“Bu gün hər iki qütbün dünyada gedən proseslərə çox ciddi təsir imkanları var. Bir çox məsələlər məhz onların münasibəti və anlaşması nəticəsində həll olunur. Məsələni siyasi yolla həll etmək, qarşılıqlı anlaşmaq əvəzinə Qərb və Rusiya münasibətlərinin bu səviyyəyə gəlib çatması yaxşı hal deyil. Ümid etmək istəyərdim ki, tərəflər gərginliyin azaldılması və aralarında olan istənilən məsələnin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verəcəklər. Bununla belə problemin bir qədər də böyüyüb gərginləşəcəyini düşünmürəm”.
Deputat qeyd edib ki, hər iki tərəf gərginliyin eyni zamanda özlərinə ziyan vura biləcəyini çox yaxşı dərk edir:
“Təəssüf ki, bu gün diplomatik müharibə əhval-ruhiyyəsi çox güclüdür. Bu isə Qərb-Rusiya münasibətlərinə, həm də dünyada gedən proseslərə mənfi təsir edir. Bu gün dövlətlət bir-birinə diplomatik təzyiq etməyə, bir-birini diplomatik yolla mövqelərindən çəkindirməyə çalışırlar. Amma bu yolla məsələ həll edilə bilməz. Hər iki tərəfin öz arqumentləri var və hansısa bir hadisədən istifadə edərək bunu dərinləşdirməyə heç bir ehtiyac yoxdur”.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Rasim Musabəyov deyib ki,bu cür proses ilk dəfədir ki, baş vermir:
“Rusiyanın diplomatiya libasında gizlənən kəşfiyyatçılarının Qərb ölkələrindən qovulması birinci dəfə deyil. Biz mütəmadi olaraq bu cür hadisələrin şahidi olmuşuq. Əgər indiyə kimi baş verənlər müharibə ilə nəticələnməyibsə, bundan sonra da olma ehtimalı çox zəifdir”.
Deputat qeyd edib ki, cavab olaraq Rusiya da öz növbəsində müəyyən addımlar atacaq:
“Məsələn, Qərb ölkələrinin diplomatlarını öz ölkəsindən çıxara bilər. Yaxud hər iki tərəf bu istiqamətdə danışıqlara başlaya bilər, müxtəlif sanksiyalar müşahidə edilə bilər. Nəticədə tərəflərin razılaşacağı gözləniləndir”.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fazil Musatafa isə düşünür ki, məsələ kifayət qədər ciddidir:
“Uzun müddətdən sonra Qərbin bu səviyyədə atdığı addımların şahidi oluruq. İlk dəfədir, bu miqyasda diplomatlar xaric edilir. Bu, ciddi və planlaşdırılmış hadisədir. Ona görə də Rusiyanın buna necə reaksiya verəcəyi məsələsi maraqlıdır. Rusiya bu istiqamətdə ya kəskin ya da yumuşaltma siyasəti yeridəcək. Bu səbəbdən müharibə riski də qaçınılmazdır. Lakin bu ehtimal o qədər də böyük deyil”.
F.Mustafa deyib ki, bütövlükdə baş verən proseslər Rusiyanın təcrid olunmasına yönəlik addımlardır:
“Bunun ciddi nəticələri ola bilər. Tərəflər arasında razılaşmanın əldə olunması indiki vəziyyətdə gözlənilən ehtimal deyil. Çünki problemlər kulminasiya nöqtəsindədir. Belə bir vaxtda Rusiyanın atacağı addımdan çox şey asılıdır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024