Mobil versiya
"İqtisadiyyatın gələcəyi kiçik və orta sahibkarlıqla bağlıdır" - Ziyad Səmədzadə
Tarix: 19-03-2018 | Saat: 09:38
Bölmə:Siyasət | çapa göndər

"İqtisadiyyatın gələcəyi kiçik və orta sahibkarlıqla bağlıdır" - Ziyad Səmədzadə

Ölkədə son illər iqtisadi islahatların dərinləşməsi istiqamətində atılan addımlar sahibkarlıq mühitinin yaxşılaşmasını təmin edir.

aia.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Komitə sədrinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının gələcəyi kiçik və orta sahibkarlıqla bağlıdır.

"Prezidentin təşəbbüsü ilə Milli Məclisə göndərilmiş bir sıra qanunlar qəbul edilib. İlk növbədə sahibkarların fəaliyyətinin yoxlanılması dayandırıldı, bunu 1 yanvar 2021-ci ilə qədər uzatdıq. Sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması üçün lisenziyaların, icazələrin sayı azaldıldı,verilən kreditlərin həcmi artırıldı. Sahibkarların istehsal etdiyi məhsulların ixracını sürətləndirmək üçün güzəştli mexanizmlər tətbiq olunur. Bu gün sahibkarlıq Azərbaycan dövlətinin strateji resursudur. Sahibkarlıq vasitəsilə özəl sektorda Ümumi Daxili Məhsulun 80 faizi istehsal olunur. Kiçik və orta sahibkarların sayında artım var. Düzdür, bağlanan müəssisələr də olur, lakin yeni müəssisələr, sahibkarlıq subyektləri yaranır. Bu gün onlar üçün yaradılan şərait kifayət qədər məqbuldur".

Z. Səmədzadə bildirib ki, sahibkarlar üçün başlıca problem bazarların tapılmasıdır. "Sahibkarlar yeni bazarlara çıxmalıdır. Azərbaycan iqtisadiyyatının kifayət qədər zəngin resursları var, lakin bu resursların dünya bazarına çıxması üçün hələ çox işlər görülməlidir. Marketinq, bazarların öyrənilməsi məsələsi nəzərə alınmalıdır. Sahibkarların biznes planlarının tərtibində fəal iştirak etmələri lazımdır. Bunlar sahibkarların savadının artmasından asılıdır. Bu istiqamətdə maarifləndirmə işləri aparılır".

Komitə sədri qeyd edib ki, sahibkarların istehsal etdiyi məhsulun xarici bazarlarda yer tapması üçün keyfiyyət əsas rol oynayır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024