Mobil versiya
Deputat kompensasiyanın azlığından narazıdır
Tarix: 16-03-2018 | Saat: 13:27
Bölmə:Karusel / Siyasət | çapa göndər

Deputat kompensasiyanın azlığından narazıdır


“Qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş "Sovetski" ərazisində və ətrafda yerləşən binalarla bağlı manatın devalvasiyaya uğradığını nəzərə alaraq, gözləmək olardı ki, hökumət kompensasiyasını bir qədər artıracaq. Lakin hələ də əvvəlki illərdə hesablanan 1500 manat məbləğ təklif olunur. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin”.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı deputat Elmira Axundova çıxış edib.

E.Axundova bildirib ki, belə təcrübədən artıq istifadə olunub: “Bildiyimə görə, dövlət hesabına tikilən belə evlərin 1 kvadrat metri təmirlə birlikdə 500 manata başa gəlir, yəni dövlət hər kvadrat metrdə 1000 manata qədər qənaət edə bilər. Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar. O ki qaldı nisbətən böyük evlərin sahiblərinə, yəni evinin sahəsi 60-80 kvadrat metrdən yuxarı olanlara, onlara verilən kompensasiyanın həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır. Bu, sosial cəhətdən ədalətli olardı”.

Günel Türksoy



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024