Mobil versiya
İtkin alpinist Fəridə Cəbrayılzadənin rəfiqəsi: “Həmişə xeyriyyə tədbirlərində iştirak edirdi”
Tarix: 15-03-2018 | Saat: 14:22
Bölmə:Gündəm | çapa göndər

İtkin alpinist Fəridə Cəbrayılzadənin rəfiqəsi: “Həmişə xeyriyyə tədbirlərində iştirak edirdi”


Bu gün ötən ilin 23 dekabr tarixində Tufandağ istiqamətində itkin düşən üç alpinistdən birinin - Fəridə Cəbrayılzadənin doğum günüdür.

F.Cəbrayılzadə 1991-ci il 15 martda Masallıda anadan olub. Orta məktəbi Masallıda bitirən alpinist Azərbaycan İctimai-Siyasi Universitetinin məzunudur. O, müxtəlif alpinizm yarışlarında iştirak edib, həm də velosipedçidir. Alpinist həmçinin fotoqraflıqla məşğul idi. Ötən il “Atlas Travel”in təşkil etdiyi “Qış nağılı” fotomüsabiqəsində birinci yerə çıxmışdı.


Alpinistin rəfiqəsi Gülər Şahverdiyeva Modern.az saytına danışarkən deyib ki, Fəridə Cəbrayılzadə hər zaman axtarışda idi:


“Bizim Fəridə ilə görüşlərimiz çox vaxt baş tutmurdu. Çünki Fəridə həmişə axtarışda idi. Həmişə bir yerlər kəşf edirdi, ölkədən kənara çıxırdı. Yəni əksər hallarda üzünə həsrət qalırdıq”.


Müsahibimizin sözlərinə görə, Fəridə Cəbrayılzadə təbiət vurğunu olub:


“Fəridənin çox gözəl xarakterə sahib insan idi. Onu dürüst, vicdanlı, qız uşaqlarını çox sevən, haqsızlıqlara dözməyən, əyləncəli biri kimi tanıyırdıq. Fəridə təbiəti çox sevirdi. O, həmçinin mütəmadi olaraq xeyriyyə tədbirlərində iştirak edirdi”.


Alpinistin rəfiqəsi deyir ki, Fəridə ilə axırıncı görüşünün üstündən çox zaman keçib:


“Buna görə hər zaman təəssüflənirəm. Afrikadan gələndən sonra Fəridə ilə görüşəcəkdik, amma alınmadı...”.


Xatırladaq ki, 23 dekabrda 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

Onların axtarışları hələ ki bir nəticə vermir...

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024