Mobil versiya
Ağstafa şəhər Mərkəzi Stadionunda təmir-bərpa işləri həyata keçirilir
Tarix: 15-03-2018 | Saat: 14:10
Bölmə:Karusel / Ölkə | çapa göndər

Ağstafa şəhər Mərkəzi Stadionunda təmir-bərpa işləri həyata keçirilir


Ölkə rəhbərliyinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq son illər Ağstafa rayonunda abadlıq-quruculuq, inşaat işləri daha geniş vüsət almışdır. Görülən işlər rayonun bütün sahələrinin dinamik inkişafının təmin olunmasına xidmət edir. O cümlədən rayonun idman və gənclər sferası da hər zaman yüksək diqqətdə saxlanılır və bu istiqamətdə zəruri tədbirlər icra olunmaqdadır. Ağstafalı yeniyetmə və gənclərə yüksək vətənpərvərlik hisslərinin aşılanması, mədəni və intellektual səviyyələrinin yüksəlməsi, dünya görüşlərinin genişləndirilməsi, eləcə də fiziki və əqli cəhətdən sağlam yetişmələri məqsədi ilə müvafiq mərkəzlər inşa olunmuş, əsaslı təmir olunan və yeni tikilən tam orta məktəblərdə yüksək səviyyədə idman zalları yaradılmış, uşaq Şahmat məktəbi yenidən qurulmuş, Mərkəzi Stadionun önündə süni örtüklü mini futbol meydançası inşa olunmuşdur. Qeyd olunanlara nümunə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konkret tapşırıqlarına uyğun olaraq gənclərin asudə vaxtlarının səmərəli təşkilini yüksək səviyyədə təmin edən çoxfunksionnallı rayon Gənclər Mərkəzini, olimpiya standartlarına uyğun inşa olunan Ağstafa Atıcılıq və Paintbol Mərkəzini, Ağstafa şəhər Musiqi Mərkəzini göstərmək olar. Qeyd olunan obyektlərin hər birinin istifadəyə verilməsində möhtərəm Prezidentimiz şəxsən iştirak etmişdir ki, bu da ağstafalı gənclərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir.
Hazırda isə Ağstafa şəhər Mərkəzi Stadionunda təmir-bərpa işləri həyata keçirilir. Stadionu əhatə edən dekorativ hasar və tamaşaçı tribunalarına quraşdırılmış skamyalar rənglənir, yararsızları yenisi ilə əvəz olunur. Duş otaqları, sanuzellər, geyinib - soyunma otaqlarında, qaçış zonasında lazımi təmir-bərpa işləri görülür. Eyni zamanda meydançanın ot örtüyünə müvafiq qulluq göstərilir. Mərkəzi stadionda təmir işlərinin yaxın zamanda yekunlaşaraq yenidən gənclərin istifadəsinə verilməsi nəzərdə tutulur.

AİA.Az






Məlumatlanmaq üçün Facebook səhifəmizi

5478 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-10-2020