Mobil versiya
ATƏT-in seçki müşahidəçiləri bu həftə Azərbaycana gələcək
Tarix: 12-03-2018 | Saat: 10:09
Bölmə:Siyasət | çapa göndər

ATƏT-in seçki müşahidəçiləri bu həftə Azərbaycana gələcək


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri izləyəcək uzunmüddətli seçki müşahidə missiyası martın 15-dən işə başlayacaq.

aia.az xəbər verir ki, bu barədə qurumun yaydığı press-relizdə bildirilib.
Koryan Yonkerin rəhbərlik etdiyi uzunmüddətli missiyaya Bakıda 10 daimi və ölkə boyunca 20 ekspert daxildir. Ekspertlər və uzunmüddətli ekspertlər 19 ölkənin təmsilçisi olacaq. Müşahidəçilər seçkilərə hazırlığı və milli qanunvericiliyə uyğun olub-olmadığını yoxlayacaq.

Seçkilərdən bir neçə gün öncə isə 280-ə yaxın qısamüddətli seçki müşahidəçisi Azərbaycana gələcək. Onlar seçki günü prosesləri nəzərdən keçirəcək, bülletenlərin, səslərin hesablanmasını müşahidə edəcək, həmçinin seçkidən sonrakı dövrü müşahidə edəcəklər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024