Mobil versiya
YAP-dan müxalifətin birgə mitinqinə REAKSİYA
Tarix: 10-03-2018 | Saat: 16:41
Bölmə:Siyasət | çapa göndər

YAP-dan müxalifətin birgə mitinqinə REAKSİYA


Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzocbu gün Milli Şuranın və Müsavat Partiyasının birgə təşkil etdiyi mitinqə münasibət bildirib.

aia.az-ın məlumatına görə, S.Novruzov "Report”a açıqlamasındadeyib ki, bu mitinq bir daha Azərbaycanda demokratik, hüquqi islahatlar həyata keçirildiyini, sərbəst toplaşma azadlığının tam təmin olunduğunu göstərdi: "Mitinq iştirakçılarının təhlükəsizliyi polis tərəfindən qorunurdu. Bu istiqamətdə bütün işlər görülür. Aksiyada eyni adamlar iştirak etdilər, eyni fikirləri də səsləndirdilər. Bundan əvvəlki mitinqdə hansı fikirləri səsləndirirdilərsə, bu mitinqdə də həmin fikirləri səsləndirirdilər. Mitinq iştirakçılarının sayında da dəyişiklik yox idi. Yenə də mitinqdə kütləvilik təmin olunmamışdı, çünki xalqın belə mitinqlərə marağı yoxdur”.

YAP rəsmisi belə mitinqlərin uğursuz olduğunu qeyd edib.

Qeyd edək ki, Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirilən mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024