Mobil versiya
Əli Həsənov üçün xüsusi tarix - 10 MART
Tarix: 10-03-2018 | Saat: 11:23
Bölmə:Manşet / Gündəm | çapa göndər

Əli Həsənov üçün xüsusi tarix - 10 MART


Bu gün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov doğum tarixini qeyd edir. Əli Həsənovun 58 yaşı tamam olur.

Əli Məhəmmədəli oğlu Həsənov 1960-cı ilin martın 10-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Əli Həsənov Azərbaycanın eks-prezidenti, mərhum Heydər Əliyevin SSRİ dönəmində respublikaya rəhbərliyi zamanı Moskvaya ali təhsil almağa göndərdiyi əlaçı tələbə kontingentinin tərkibində olub. Dostlarının xatırlamasına görə, Bakı Dövlət Unversitetində əlaçı tələbə olan Ə.Həsənov ictimai fəallığı ilə də seçilib. İkinci kursda oxuyarkən tələbə olmasına baxmayaraq, öz təşəbbüsü ilə arxeoloji ekspedisiya təşkil edilməsinə nail olaraq, ona rəhbərlik edib. Naxçıvanın ərazisində yerləşən Qazma mağarasınınabidələrinin aşkar edilməsi vəöyrənilməsi onun adı ilə bağlıdır.

SSRİ-nin nüfuzlu ali məktəbi sayılan Moskva Dövlət Unversitetinin Tarix fakültəsini bitirən Ə.Həsənov tarix elmləri doktorudur. Moskvada dissertasiya işini vaxtından xeyli əvvəl başa vuran cənab Həsənov elmi iş müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.Onun SSRİ-də milli məsələnin tədqiqinə həsr olunmuş dissertasiya işi sovet dövlətinin yeritdiyi milli siyasətin əsl mahiyyətinin ortalığa qoyulduğu ilk tədqiqat işlərindənbiri olub.

1990-cı ilin qanlı yanvar hadisələri və ondan sonrakı informasiya blokadası dövründə Moskvada geniş fəaliyyət göstərən azərbaycanlı ziyalıların ən fəal nümayəndələrindən biri olan Əli Həsənov Bakıda törədilmiş qanlı cinayətə qarşı 1990-cı il yanvarın 21-22-də vüsət alan Ümummoskva hərəkatının ön sıralarında olub.

Azərbaycanda onun əmək fəaliyyəti 1992-ci ildə Naxçıvan Dövlət Universitetindən başlanıb. Həmin il ali məktəbin tədris şöbəsinə inspektor təyin olunan Ə.Həsənov 1993-cü ilə qədər burada çalışıb. Daha sonra siyasi proseslərə qatılan Ə.Həsənov Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının fəal təşkilatçılarından olub. Partiya işindəki fəal iştirakı onu diqqətdən kənarda qoymur. 1993-cü ildə mərhum Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Ə.Həsənov partiya strukturlarında işləməyə çağrılır. O, 1994-95-ci illərdə Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsinin müdiri təyin edilir. Bir il bu vəzifədə çalışdıqdan sonra Ə.Həsənov dövlət idarəçiliynə cəlb olunur. 1995-ci ilin sentyabrında hakim partiyada ideoloji işə cavabdeh olan Ə.Həsənov Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə müdir müavini təyin olunur. O, 1996-cı ildən bu şöbəyə rəhbərlik edir.

2005-ci ildən şöbə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi adlanır.

Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Əli Həsənov 1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024