Üç deputat rəsmən prezidentliyə namizəd oldu
Tarix: 07-03-2018 | Saat: 18:00
Bölmə:Manşet / Siyasət | çapa göndər
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülən Oruc Zahid Məhərrəm oğlunun namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
Modern.az-ın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, Zahid Orucun səlahiyyətli nümayəndələri namizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim edib.
MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev deyib ki, Z.Orucun namizədliyinin müdafiəsi üçün MSK-ya 44 min 624 imza təqdim olunub. O bildirib ki, bütün imzalar yoxlanılıb, etibarsız imzaların sayı 4 303-dür.
Qeyd olunub ki, onun namizədliyinin qeydə alınması üçün əsaslar var.
Daha sonra Z.Orucun namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılıb, onun prezidentliyə namizədliyi qeydə alınıb.
İclasda Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin prezident seçkilərində namizədliyi qeydə alınıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər