Mobil versiya
Leyla Əliyeva bulvarda açılış mərasimində - FOTO
Tarix: 5-03-2018, 19:15 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Leyla Əliyeva bulvarda açılış mərasimində - FOTO

5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində açıq havada qurulmuş idman meydançasının rəsmi açılışı olub.
Leyla Əliyeva açılış mərasimində iştirak edib. Leyla Əliyeva və Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev idman meydançasının rəmzi açılışını bildirən lenti kəsdilər.

Sonra Leyla Əliyeva və mərasim iştirakçıları idman meydançasında yaradılan şəraitlə tanış oldular.

Leyla Əliyeva bulvarda açılış mərasimində - FOTO

İdman meydançası IDEA İctimai Birliyi və CAVAN Gənclər Hərəkatının birgə həyata keçirdiyi “Street Workout” (küçə məşqi) layihəsi çərçivəsində qurulmuş ilk meydançadır. “Street Workout” idman növünün xüsusi standartları nəzərə alınaraq, bu meydançada idmançılar və fiziki imkanları məhdud olan şəxslərin rahat məşq edə bilmələri üçün hər cür şərait yaradılıb.

Leyla Əliyeva bulvarda açılış mərasimində - FOTO

Açılış mərasimində Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycanın Olimpiya, dünya və Avropa çempionları, şəhər ictimaiyyətinin nümayəndələri bu təşəbbüsü yüksək qiymətləndirib, bütün idmansevərlər adından Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Leyla Əliyeva bulvarda açılış mərasimində - FOTO

Layihənin əsas məqsədi sağlam həyat tərzini təşviq etməklə ölkəmizdə həyata keçirilən idman siyasətinə dəstək verməkdən ibarətdir. Ümumiyyətlə, gənclərin mənəvi və fiziki sağlamlığı, eləcə də ətraf mühitin mühafizəsi və davamlı inkişafın təşviqi IDEA İctimai Birliyinin fəaliyyətində prioritet istiqamətlərindən biridir.

Paytaxtımızın incisi olan Dənizkənarı Parkda şəhərimizin sakinlərinə və qonaqlarına xidmət edəcək bu idman meydançası dünyada getdikcə populyarlaşan və sürətlə inkişaf edən “Street Workout” idman növünün ölkəmizdə kütləviliyinin artırılmasına mühüm töhfə verəcək.

Gələcəkdə ölkəmizin digər yerlərində də müvafiq idman meydançalarının yaradılması nəzərdə tutulur.

aia.az



5350 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930