Mobil versiya
Ailəsindən və “Müsavat”dan İsa Qəmbərlə bağlı insult xəbərinə sərt REAKSİYA
Tarix: 02-03-2018 | Saat: 18:29
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ailəsindən və “Müsavat”dan İsa Qəmbərlə bağlı insult xəbərinə sərt REAKSİYA




Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin Türkiyədə müalicə aldığı xəstəxanada insult keçirməsi barədə mətbuatda xəbərlər yayılıb.

Modern.az xəbəri dəqiqləşdirmək üçün İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbərlə əlaqə saxlayıb.


O saytımıza açıqlamasında İsa Qəmbərin insult keçirmədiyini, kimlərinsə bilərəkdən yalan xəbər yaydığını deyib.


“İsa Qəmbərin insult keçirməsi barədə yayılan xəbərlər doğru deyil. Elə bir şey olsaydı, mən də onunla Türkiyəyə gedərdim. 5 dəqiqə bundan qabaq həkimlə danışmışam. Elə bir şey yoxdur”.


Aida Qəmbər xəbərin mətbuatda yazılmasına da aydınlıq gətirib.


“Bilirəm ki, mətbuatın işi xəbər yazmaqdır. Buna etiraz etmirəm. Amma İsa Qəmbərin səhhətində ciddi bir şey yoxdur. Düzdü, müəyyən, kiçik problemlər vardı. O da həll olunub. Hətta Azərbaycan mətbuatının hər bir əməkdaşı Türkiyənin Hacəttəpə Universiteti klinikasının həkimi ilə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilər”.


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə saytımıza açıqlamasında xəbərə daha sərt münasibət bildirib.


“Kobud ifadəmə görə üzr istəyirəm, amma bu məlumatı yayanlar qələt edir, başlarını divara vururlar! İsa Qəmbər insult keçirməyib və beyninə də qan sızmayıb. Hazırda vəziyyəti stabildir. Bu gün baş-beyin tomoqrafiyasından keçib və heç bir problem aşkar edilməyib. Məlumatı yayan sayt bilərəkdən bunu edir. Isa Qəmbərin Hacətəpə Universitetinin klinikasında müayinələri davam edir”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024