Məzahir Pənahovdan XƏBƏRDARLIQ
Tarix: 02-03-2018 | Saat: 16:54
Bölmə:Siyasət | çapa göndər
"Azərbaycanda hər bir vətəndaşın azad şəkildə səs verməsi üçün şərait yaradırıq. Heç bir halda Seçki Məcəlləsinin tələbinin pozulmasına yol verilməməlidir”.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, cəzaçəkmə müəssisələrində vətəndaşların səs verməsi üçün şərait yaradılır:
"Azərbaycan o ölkələrdəndir ki, cəzaçəkmə müəssisələrində olan bütün vətəndaşlar səsvermə hüququna malikdir. Bəzi inkişaf etmiş ölkələr var ki, orada məhkumların səsvermə hüququ yoxdur, bəzilərində isə məhkumların səsvermə hüququ məhdudlaşdırılır, yəni onların səsvermə hüququ törətdikləri cinayətin dərəcəsinə uyğun müəyyən edilir, ağır cinayət törədən şəxslər səsvermə hüququndan məhrum edilir”.
M.Pənahov vurğulayıb ki, Azərbaycanda isə bununla bağlı heç bir məhdudiyyət yoxdur, hər kəs səs vermək hüququna malikdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər