Mobil versiya
ATU-nun Tədris Cərrahiyyə Klinikasında IV Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı keçirilib
Tarix: 02-03-2018 | Saat: 16:23
Bölmə:Təhsil | çapa göndər




Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) IV Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı keçirildi.

Tədbiri ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev açaraq, konfransın önəmindən danışdı. O bildirdi ki, Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi olaraq belə bir konfransın açılışını alqışlayır: “Bütün ölkələrdə olduğu kimi, Azərbaycan və Türkiyədə də universitet klinikaları orqan nəqlinin tətbiqində öndə gedir. Biz çox şadıq ki, belə uğurlu əməkdaşlıqlarımız var. Professor Sezai Yılmazın rəhbərliyi altında klinikamıza gələn bütün qonaqlara təşəkkür edir, konfransın işində onlara uğurlar diləyirəm”.

ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov konfransın Azərbaycan və Türkiyə dostluğu çərçivəsində baş tutduğunu dedi: “Bu tədbir artıq ənənə halını alıb. İlk konfransı 2015-ci ildə, klinikamız fəaliyyətə başlayanda keçirdik. Hər il fevral-mart ayları arasında bu konfransı təşkil edirik. Malatyanın Qaraciyər Nəqli İnstitutu ilə bizim çox geniş, hərtərəfli əlaqələrimiz var. Həm tədris, həm elm, həm də praktiki əlaqələr qurmuşuq. Azərbaycandan, xüsusilə Tibb Universitetindən təxminən 10-dan çox əməkdaşımız Qaraciyər Nəqli İnstitutunda olublar, ixtisaslaşma keçiblər. 2012-ci ildən bizim İnönü Universiteti ilə əməkdaşlıq müqaviləmiz var. Bu əməkdaşlıq sayəsində əməkdaşlarımız həmin ali təhsil ocağında ixtisaslaşma keçirlər. Bizim elmi əlaqələrimiz də davam edir. Ortaq elmi tədqiqat işləri aparılır”.

Türkiyənin Malatya Universitetinin Qaraciyər Nəqli İnstitunun professoru Sezai Yılmaz Bakıda olmaqdan, ATU-nun Tədris Cərrahiyyət Klinikasında bu mövzuda konfransda iştirak etməkdən qürur duyduğunu dedi: “Burada qarşılıqlı fikir mübadiləsi aparacağıq. Qaraciyər transplantologiyası haqqında ətraflı danışıqlar gedəcək, qaraciyər nəqlinin problemlərini, həlli yollarını, bildiklərimizi danışıb, müzakirə edəcəyik. Ümid edirəm ki, bu hamımız üçün faydalı olacaq”.

Konfransda İnönü Universiteti Qaraciyər Transplantasiyası İnstitutunun dosenti Fatih Özdemir “Qaraciyər transplantasiyası”, ATU TCK-nın assistenti Ruslan Məmmədov “Qaraciyər transplantasiyası sonrası biliar fəsadlar, cərrahi aspektləri”, İnönü Universiteti Qaraciyər Transplantasiyası İnstitutunun professoru Cəmaləddin Aydın “Pediatrik Qaraciyər transplantologiyası”, İnönü Universiteti Qaraciyər Transplantasiyası İnstitutunun professoru Ramazan Kutlu “Qaraciyər transplantasiyası sonrası biliar fəsadlar, radioloji aspektləri”, İnönü Universiteti

Qaraciyər Transplantasiyası İnstitutunun professoru Burak İşık “HCC Qaraciyər transplantasiyası” mövzusunda məruzələrlə çıxış etdilər.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024