Mobil versiya
Ayaz Mütəllibov: “Arxivlərdə gizli bir şey qalmayıb”
Tarix: 28-02-2018 | Saat: 12:36
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ayaz Mütəllibov: “Arxivlərdə gizli bir şey qalmayıb”


XX əsrin 80-ci illərindən başlayaraq Sovet imperiyası süquta hər gün bir az yaxınlaşırdı. Cənubi Qafqazda isə Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan torpaq davası 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya olunmasına gətirib çıxardı.

Ardınca 1990-cı ildə 20 Yanvar hadisələri törədildi. 1991-ci ilin dekabrında Belarusda üç respublikanın - Rusiya Federasiyası, Ukrayna və Belorusiya (indiki Belarus) rəhbərlərinin imzaladığı “Belovejsk sazişi” ilə SSRİ süqut etdi və tarixin arxivinə gömüldü.

SSRİ-nin süqutu heç də proseslərin, hadisələrin qovluqda qalmasına səbəb olmayacaqdı.

Müstəqil Azərbaycan xalqı baş verənləri arxivlərdən axtarmaq istəyəcəkdi.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bir müddət əvvəl Modern.az saytına mövzu barədə danışarkən qeyd edib ki, “KQB” arxivlərinin açılmasında Qərb hərbi-siyasi dairələri çox maraqlıdır.


“1918-ci ildən 1991-ci ilə qədər böyük bir zamanı əhatə edən sənədlərin, məxfi qrif altında olan materialların açılması sovetləşmə, kommunistləşmə hərəkatının ayrılmaz tərkib hissəsinə çevrilib. Bizimlə eyni zamanda müstəqillik qazanmış dövlətlərdən bir çoxunda qeyd etdiyiniz arxivlərin açılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib, müxtəlif qanunlar qəbul edilib. Ümumən Qərb dövlətləri də maraqlıdır ki, SSRİ-yə daxil olan ölkələr müvafiq addımlar atsınlar, öz keçmişləri ilə üz-üzə dayansınlar”- deyən Z.Oruc bildirib ki, Qərb kommunizm sistemini, bolşevizmi, Qırmızı İmperiyanın bütün pisliklərini öz əlləri ilə ifşa etməyə çalışır.


Onun sözlərinə görə, əslində arxivlərin açılması sıradan bir hadisə deyil.


“Çünki bu, həqiqətən də zaman baxımından bir neçə addan keçmiş və hər birində də çirkli vasitələrlə SSRİ-də təhlükəsizliyin təminatı üçün həyata keçirilən gizli tədbirləri özündə ehtiva edir”.


Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov isə Modern.az-a açıqlamasında deyib ki, arxivlərdə artıq heç nə yoxdur.


“Arxivlərdə o qədər də maraqlı nəsə yoxdur. Biz Sovetlər Birliyinin tərkib hissəsi idik. Vaxtilə arxivlərdə çox şeylər vardı. Zənnimcə, indi arxivlərdə gizli heç nə yoxdur”.


Eks-prezidentin sözlərinə görə, arxivlərdəki materialların çoxu artıq açılıb.


“Çünki Sovet hakimiyyəti dağılandan sonra dəfələrlə yeni materiallar üzə çıxıb. Hətta, tarixçilər də bu barədə fikirlər səsləndiriblər. Hər bir açıqlamanı, hər bir detalı mətbuat geniş işıqlandırıb. Ona görə də bu məsələlərdə şübhə üçün əsas görmürəm”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə