Nazir vətəndaşı təhqir edən polisi işdən çıxardı
Tarix: 27-02-2018 | Saat: 15:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ölkə vətəndaşını təhqir edən polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.
Bir neçə gün öncə sosial şəbəkələrdə Masallı rayonundan olan bir gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını əks etdirən video yayılıb. Dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən xidməti yoxlama aparılıb və nəticədə fakt təsdiqini tapıb.
Bundan sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə vətəndaşı təhqir etdiyinə, polis adına yaraşmayan və bu ada xələl gətirən hərəkətlərə yol verdiyinə görə Binəqədi rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı Rəşad Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025