Bağça müdirəsinə 8 il həbs verildi, amma azadlıqda qaldı
Tarix: 22-02-2018 | Saat: 14:46
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən bağça müdiri İlahə Ziyadovaya hökm oxunub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə İ.Ziyadova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Lakin onun himayəsində 4 yaşında azyaşlı övladı olduğundan hökmün icrası uşağın 14 yaşı tamam olanadək təxirə salınıb.
Onun həmin müddətə qədər azadlıqda qalmasına qərar verilib.
İttihama görə, İ.Ziyadova bir neçə nəfəri bağçaya müəllimə kimi işə düzəltməyə söz verib. Bunun qarşılığında onlardan müəyyən məbləğlərdə pul da alıb. Amma bir neçə ay sonra işə götürülən şəxslər vəd edilən əmək haqlarını ala bilməyiblər. İşə düzəlmək üçün verdikləri pulu tələb edərkən isə müdirə ilə fikir ayrılığı yaşayıblar. İ.Ziyadova aldığı pulları qaytarmadığından işçiləri ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Şikayətlər əsasında İ.Ziyadova barəsində cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 162-1.1-ci maddəsi ilə ittiham edilir.
Murad Əhməd
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025