Mobil versiya
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması bu ilin sonunadək başlaya bilər
Tarix: 22-02-2018 | Saat: 11:27
Bölmə:Manşet / Gündəm | çapa göndər

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması bu ilin sonunadək başlaya bilər



Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunadək başlayacaq.

Bu sözləri Avstriyanın paytaxtı Vyanada səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid QurbanovAZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

C.Qurbanov qeyd edib ki, ilkin mərhələdə sərnişin daşınması Türkiyənin Qars şəhərinədək olan əraziləri əhatə edəcək. Bunun üçün ilk növbədə texniki şərtlər ödənilməlidir: "Texniki şərtlərdən biri ondan ibarətdir ki, Azərbaycan ərazisində dəmir yolunun iz ölçüləri 1520 mm, Türkiyə ərazisində isə 1435 mm-ə bərabərdir. Bir ölçüdən digərinə keçid üçün təkər cütlüklərinin dəyişdirilməsi və yaxud bu prosesin avtomatlaşdırılmış qaydada həyata keçirilməsi tələb olunur”.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri bildirib ki, artıq İsveçrənin "Stadler” şirkətinə bu tələbə uyğun vaqonların hazırlanması üçün sifariş verilib. Yalnız bundan sonra bir ölkə ərazisindən digərinə keçərkən qatarların hərəkəti təkərlərin dəyişdirilməsi üçün vaxt itkisinə yol vermədən və bir ölçüdən digərinə keçid olmadan həyata keçirilə bilər. Eyni zamanda, sərnişin daşınması üçün yeni tipli vaqonlara ehtiyac var. Həmin vaqonlar da "Stadler” şirkətinə sifariş edilib və vaqonların təhvil verilməsi yəqin ki, gələn ilin may ayına qədər çəkə bilər.

C.Qurbanov qeyd edib ki, bir hissəsi bu ilin sonunadək təhvil verilməsi gözlənilən qatarlar Bakı-Tbilisi-Qars istiqamətində müntəzəm daşınmanı təmin edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024