Mobil versiya
Nazirlik 7 rayonda səyyar protez bərpa xidməti təşkil edəcək
Tarix: 19-11-2015 | Saat: 15:11
Bölmə:Qərbi Azərbaycan / Manşet / Karusel | çapa göndər

Nazirlik 7 rayonda səyyar protez bərpa xidməti təşkil edəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən gələn həftə 7 rayonda (Ucar, Ağdaş, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Zərdab) əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək.

Aia.az bildirir ki, ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tibbi-texniki briqada noyabrın 24-də saat 9.00-dan 13.00-dək nazirliyin Ucar rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında və saat 14.00-dan 18.00-dək Ağdaş rayon mərkəzi xəstəxanasında, noyabrın 25-də saat 9.00-dan 13.00-dək Bərdə rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və saat 14.00-dan 18.00-dək Tərtər rayon ƏSMM-nin inzibati binalarında olaraq, həmin rayonlarda yaşayan əlilliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edəcək.

Qeyd edək ki, səyyar xidmət noyabrın 26-da saat 9.00-dan 13.00-dək Ağdam rayon ƏSMM-nin və saat 14.00-dan 18.00-dək Ağcabədi rayon ƏSMM-nin inzibati binalarında, noyabrın 27-də isə saat 10.00-dan 14.00-dək Zərdab rayon İcra Hakimiyyətinin qonaq evində davam etdiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-12-2024