Mobil versiya
Bakı Böyük Şəhər Bələdiyyəsi niyə yaradılmadı...
Tarix: 17-02-2018 | Saat: 15:33
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bakı Böyük Şəhər Bələdiyyəsi niyə yaradılmadı...


Uzun illərdir ki, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılacağı anonsları verilsə də, ortada nəticə yoxdur. Bu məsələ gündəmdən niyə çıxdı?

Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması üçün vaxt lazımdır.


“ Böyük Şəhər Bələdiyyəsinin maliyyə resurları, kadr potensialı, təşkilatçılıq qabiliyyəti, maddi-texniki baza səviyyəsi yüksək olmalıdır. Bəziləri elə bilirlər ki, Bakı Böyük Şəhər Bələdiyyəsini yaradıb bir çox səlahiyyətləri əlində cəmləməklə işlərin hamısı icra olunacaq. Bu gün üçün bu məsələ real deyil. Ola bislin ki, 10-15 ildən sonara bələdiyyələr inkişaf etsinlər və bundan sonra zərurət yarancaq ki, onlar birləşib Böyük Şəhər Bələdiyyəsi yaradacaqlar”.


T.Rzayev deyib ki, hazırki prosesslər Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması istiqamətindədir.

“Demokratiyanın təzahürü kimi 1999-cu ildə 2757 bələdiyyə yaradılmışdı. Amma sonradan gördük ki, bələdiyyələrin çoxu tapşırıqları yerinə yetirə bilmirlər. Daha sonra bələdiyyələrdə islahat getdi və 1200-ə yaxını birləşdirildi. Hazırda ölkədə 1606 bələdiyyə fəaliyyət göstərir. Hesab edirəm ki, bu da çoxdur. Gələcəkdə bunlar birləşməlidir. Təkmilləşmə getdikcə, iri bələdiyyələrin yaranması prosesi gedəcək. Bunlar təkmilləşdikdən sonra şəhər bələdiyyəsi yaradılmalıdır. Bir çox rayon bələdiyyəsi birləşərək regional bələdiyyə yaradıla bilər. Bununla həm bələdiyyənin fəaliyyəti sistemli hal alar, həm vahid mərkəzdən idarə edilər, həm də görülən işlərin məqsədi aydın və aşkar olar. Gələcəkdə Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər. Amma hazırda bu, qeyri-realdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024