Mobil versiya
Hərbi xidmətə çağrılan şəxslərdən barmaq izi götürüləcək - Deputat səbəbi İZAH ETDİ
Tarix: 17-02-2018 | Saat: 11:35
Bölmə:Gündəm | çapa göndər

Hərbi xidmətə çağrılan şəxslərdən barmaq izi götürüləcək - Deputat səbəbi İZAH ETDİ




“Həqiqi hərbi xidmətə çağrılan və 15 yaşı tamam olmuş bir sıra şəxslərdən barmaq izi götürüləcək. Burada məqsəd naməlum şəxslərin kimliyini asanlıqla aşkarlamaqdır”.

Bunu Modern.az-a açıqlamasıanda Milli Məclisin Hüquq siayasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli "Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun layihəsini şərh edərkən deyib.



Deputat bildirib ki, yeni qanun layihəyəsində qeyd edilib ki, 15 yaşı tamam olmuş, ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan, müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşlarının və digər bir sıra şəxslərin məcburi daktilaskopik qeydiyyatı aparılacaq.

“Bundan əlavə, ölkə hüdudlarından kənara çıxarılmalı olan, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslərdən də barmaq izi götürüləcək. Daktiloskopik qeydiyyatın aparılmasında məqsəd şəxsiyyətini başqa üsullarla müəyyən etmək mümkün olamayan meyitlərin və naməlum şəxslərin kimliyini asanlıqla aşkarlamaqdır. Həmçinin, daktiloskopik qeydiyyat barədə məlumatlar məxfi şəkildə 100 il saxlanılacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024