Mobil versiya
“Rəsmi maaşı 230 manat idi, amma 25 min alırdı”
Tarix: 16-02-2018 | Saat: 14:37
Bölmə:Manşet / Ölkə | çapa göndər

“Rəsmi maaşı 230 manat idi, amma 25 min alırdı”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahidlər ifadə verib.

Xalidə Məmmədova deyib ki, klinikada mama-genekoloq işləyib: "Hazırda Gömrük Xidmətinin hospitalında işləyirəm. Hamilə qadınlar qeydiyyata düşürdü, müayinə olunurdu. Doğuşdan öncə kassaya pul köçürürdü, biz də əməliyyat edirdik. Nə qədər maaş aldığım yadmda deyil. Xəstənin sayından asılı idi. Ödənişin 50 faizi bizə verilirdi. Hər ayın sonunda kassada Nadya xanımdan pulu götürürdüm. Aylıq qazancım 7-12 min manat olurdu”.

Məhkəmədə bildirilib ki, X.Məmmədovanın rəsmi maaşı 230 manat olub, reallıqda isə aylıq 25 min manat alıb.

İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib.

Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

***

Samirə Tağıyeva klinikada ginekoloq işləyib: “Ayda iki dəfə kassada "tabel"ə qol çəkib Nadya xanımdan maaşımızı götürürdük. Xəstələr müayinələr və əməliyyatlar üçün kassaya pul köçürürdü. Mən əvvəl ödənişin 30, sonra isə 50 faizini alırdım. Bir dəfə demişdilər ki, maaş kartı açacaqlar, amma nəticəni bilmədim. Mən artıq 3 ildir orada işləmirəm. Kartla da maaş almıram. Kart açılacağını ya Leyla xanım, ya da baş həkim demişdi. Burada təqsirləndirilən şəxslərdən kimsə mənə bu barədə bir söz deməyib".

Hakim bildirib ki, məhkəməyə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı verilib.

Proses fevralın 23-də davam etdiriləcək.

Murad Əhməd



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024