Mobil versiya
Dilqəm Əsgərovun oğlu: “Atamın azad olunacağına inanıram”
Tarix: 15-02-2018 | Saat: 16:59
Bölmə:Gündəm | çapa göndər

Dilqəm Əsgərovun oğlu: “Atamın azad olunacağına inanıram”




“Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdirilməsi mümkün ola bilər. Həyatda hər şey mümkündür”.

Bunu AzVision.az-a açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O, inanır ki, aparılan uğurlu siyasət nəticəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev girovluqdan azad olunacaq.

“Dövlətimə və Prezident İlham Əliyevə inanıram. Əminəm ki, cənab prezidentin apardığı uğurlu siyasət nətcəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev girovluqdan azad olunacaq. Dövlət səviyyəsində aparılan işləri yüksək qiymətləndirirəm. Hər kəs əlindən gələni edir. Özümüz də bir çox işlər görürük. Fevralın 21-də hüquq müdafiəçisi Əhməd Şahidovla birlikdə Türkiyəyə səfərim var. İstanbulda 4 universitetdə Xocalı soyqrımı ərəfəsində çıxışlarımız olacaq, orada Azərbaycan həqiqətləri və ən əsası da atam Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində Türkiyə mətbuatına, ictimaiyyətinə geniş məlumat verəcəyik”.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdirilməsinin mümkün olduğunu bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə