Mobil versiya
“Bayıldakı vəziyyətə görə sakinlər də məsuliyyət daşıyır” - Eldar Əzizov
Tarix: 12-02-2018 | Saat: 12:42
Bölmə:Manşet / Ölkə | çapa göndər

“Bayıldakı vəziyyətə görə sakinlər də məsuliyyət daşıyır” - Eldar Əzizov


Son 2 gündə Səbail rayonu, Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan ərazidə yağan intensiv yağıntılar buradakı duruma təsir göstərib, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatların hopub.

Səbail Rayon İcra Hakimiyyətindən verilən xəbərə görə, bunun nəticəsində sürüşməyə meyilliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıbr. Başlıcası əhalinin bu ərazidən vaxtında köçürülməsi ilə əlaqədar xəsarət alan olmayıb.

Rayon İcra Hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində uçan və həmin evlərin yaxınlığındakı tikililərdə vətəndaşların əmlakı çıxarılaraq nəqliyyat vasitələri ilə başqa yerlərə daşınıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu ərazidə sürüşmə hadisələri indi deyil, əvvəllər də olub: “Arxiv məlumatlarına əsasən bizə məlum olan ilk belə hadisə 1842, 1847,1874-cü illərdə də qeydə alınıb. Sonradan da ərazıdə bu hallar baş verib, sonuncu böyük sürüşmə hadisəsi isə 2000-ci ildə olub. Bundan sonrakı vaxtlarda da ara-sıra bu ərazidə kiçik sürüşmələr olur”.

İcra başçısı qeyd edib ki, Bayıl yamacındakı tikililərin faiz baxımından təqribən 20-25 %-in ötən əsrin 60-70-cı illərində, qalanlarının da 1990-2000-ci illərdə qeyri-qanuni 1 gecəyə tikildiyi evlər olduğu müəyyən edilib: “Sakinlər bu evləri qeyri-rəsmi münasibətlərə girərək qanunsuz olaraq tikib. Lakin bütün bunlara baxmayaraq bu gün dövlətimiz ayrı-seçkilik etmədən orada yaşayan insanların hər birinin qayğısına qalır. Bayılda baş verən sürüşmənin səbəbləri barədə tam dəqiq söz demək, münasibət bildirmək hələ tezdir. Lakin mütəxəssislərin ilkin verdikləri rəyə görə sürüşmə aktivliyi torpağın daxilində baş verən proseslərlə əlaqədardır.

Sürüşmə təbii prosesdir. İnsanlar öz fəaliyyətləri ilə bu prosesin sürətlənməsinə sadəcə olaraq az da olsa təsir edə bilərlər. Təhlükəli sahə hesab olunan ərazidə yerləşən tikililər 1 mərtəbəli, plansız, bünövrəsiz 1 gecəyə tikilən zəif evlərdir. Bayılda tikilən yeni çoxmənzilli yaşayış binaları ilə əlaqədar isə qeyd edim ki, bu binalar təhlükəli sahədən 5 km aralıda yerləşir və bütün layihə işləri tikinti norma və qaydalarına uyğun olaraq aparılır. Bu binaların layihləndirilməsi və tikintisi işləri Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi və rəyi əsasında, birbaşa olaraq bu qurumların mütəxəssislərin nəzarəti altında aparılır. Sürüşmə prosesi ətrafında aparılan siyasiləşdirilmiş spekulyasiya hesab edirəm ki, spekulyasiyadan başqa bir şey deyil və bunun təbii prosesin elmi cəhətdən araşdırılmasına heç bir aidiyyət yoxdur".

E.Əzizovun sözlərinə görə, hadisələrin cərayan etdiyi ilk gündən rayon rəhbərliyi, rayonun bütün xidmətləri, bələdiyyə və ictimaiyyət nümayəndələri sakinlərin yanındadır: "Son 2 gündə burada sakinlərlə 10-dan çox görüş keçirilib, mövcud vəziyyət, onun aradan qaldırılması ilə bağlı görülən və görülməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib, vətəndaşların sualları cavablandırılıb. Ərazidən köçürülən sakinlərin əmlakının qorunması, təhlükəli zonaya insanların buraxılmaması üçün postlar yaradılıb. RİH tərəfindən 163 nömrəli məktəbdə yaradılan sığınacaqda vətəndaşlar üçün hər cür şərait yaradılıb. Hazırda da RİH nümayəndələri həmin ərazidədirlər və Nazirlər Kabineti tərəfidən burada yaranan vəziyyətlə bağlı çıxaracağı qərara uyğun tərəfimizdən müvafiq tədbirlər həyata keçiriləcəkdir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024