“İnanırıq ki, seçicilərin böyük əksəriyəti İlham Əliyevə səs verəcək” - Əli Əhmədov
Tarix: 10-02-2018 | Saat: 15:05
Bölmə:Manşet / Siyasət | çapa göndər
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) ümumrespublika müşavirəsi keçirilib.
Müşavirəni Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov açaraq qarşıdan gələn prezident seçkiləri haqqında danışıb.
Ə.Əhmədov vurğulayıb ki, YAP-ın VI Qurultayının partiyanın sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarı Azərbaycan xalqının əksəriyyətinin dəstəklədiyi və müdafiə etdiyi qərardır:
"İnanırıq ki, aprelin 11-də Azərbaycan seçicilərinin böyük əksəriyəti səsvermədə iştirak edərək İlham Əliyevin lehinə səs verəcəklər. Belə qənaətə gəlməyin əsas səbəbi odur ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə ölkəmiz iqtisadi, sosial və digər sahələrdə böyük inkişaf mərhələləri keçib, insanların həyat şəraiti və rifahı yüksəlib, Azərbaycanın siması köklü surətdə dəyişib, ölkəmizin beynəlxalq aləmdə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu reallıqlar və gerçəkliklər İlham Əliyevin siyasi reytinqini kifayət qədər yüksək səviyyəyə qaldırıb. Azərbaycan xalqı bu siyasəti qətiyyətlə dəstəkləyir”.
Ə.Əhmədov bildirib ki, bu gerçəklik YAP seçki kampaniyasının ən böyük resursudur: "Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir. Biz insanların bu əhval-rühiyəsini bilirik və buna istinad edərək xalqın İlham Əliyevə səs verəcəklərini bilirik. İnsanlar İlham Əliyevə səs verməklə Azərbaycanın növbəti 7 il ərzində sosial-iqtisadi inkişafına səs vermiş olacaqlar, öz ailələrinin inkişafı üçün səs vermiş olacaqlar. Azərbaycanın inkişafı hər bir ailənin inkişafı deməkdir. Bizim üzərimizə düşən şərəfli vəzifə isə seçki kampaniyasının demokratik ənənələrə uyğun keçirilməsi üçün fədakarlıq etməkdir. İnanıram ki, biz bu seçki kampaniyasını yüksək səviyyədə həyata keçirəcəyik”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024