Mobil versiya
Əli Əhmədov İran səfiri ilə görüşüb
Tarix: 09-02-2018 | Saat: 17:06
Bölmə:Siyasət | çapa göndər

Əli Əhmədov İran səfiri ilə görüşüb



Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədov İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadəni qəbul edib.

Nazirlər Kabinetindən aia.az-a verilən məlumata görə, Əli Əhmədov Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetinin dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək olduğunu və bu əlaqələrdən yararlanaraq həm respublikamızın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmək, həm də ölkə iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirməyə nail olmağı qarşıya hədəf qoyduğunu qeyd edib.

Baş nazirin müavini yaxın qonşularımızdan olan İranla münasibətlərin yaxşılaşdırılmasının, əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın daha da möhkəmləndirilməsinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Səfir Cavad Cahangirzadə səmimi qəbul üçün təşəkkürünü bildirib, münasibətlərimizin təməlində tarixi əlaqələrin, ortaq mədəniyyətin dayandığını, bunun da inkişafda olan bugünkü əlaqələrimizin rəmzi olduğunu deyib. Səfir iki ölkə arasında dostluq və əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qonaq fürsətdən istifadə edərək Yeni Azərbaycan Partiyasının möhtəşəm 6-cl Qurultayı ilə bağlı təbriklərini də çatdırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024