Sürüşmə zonası ilə bağlı YENİ XƏBƏR: "Burada təhlükə ondan ibarətdir ki..."
Tarix: 08-02-2018 | Saat: 12:58
Bölmə:Karusel / Ölkə | çapa göndər
Son günlər ərzində Bayıl yamacında - Teleqüllənin yaxınlığında sürüşmə prosesi, demək olar ki, dayanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
R.Həsənovun sözlərinə görə, son günlər ərzində yağıntılar müşahidə edilmədiyindən ərazidə vəziyyət stabildir:
"Teleqüllənin yaxınlığında monitorinq məqsədilə quraşdırılmış mayaklarda heç bir dəyişiklik müşahidə edilməyib. Prosesin dinamikasında aktivləşmə yoxdur. Buna görə də sürüşmə sahəsinin genişlənməsi, çatların genişlənməsi müşahidə edilməyib".
R.Həsənov əlavə edib ki, sürüşmə sahəsinin bir hissəsi evləri də əhatə edir.
ETSN rəsmisinin sözlərinə görə, əsas çatlar Bayıl yamacının yuxarı hissəsində qeydə alınıb:
"Yamacın aşağı hissəsində də müəyyən qədər çatlar var. Yamacın yuxarı hissəsində olan proses onun aşağı hissəsinə, eləcə də oradakı evlərə öz təsirini göstərib. Burada təhlükə ondan ibarətdir ki, aşağı hissədə o qədər böyük çatlar olmasa belə, aktivləşmə davamlı olacağı təqdirdə yuxarı hissədəki böyük süxur kütlələri yaşayış evlərini basa bilərdi".
R.Həsənov Bayıl yamacında baş verən bu proseslərin sürüşmə-oturma prosesi olduğunu da açıqlayıb.
Qeyd edək ki, Bayıl qəsəbəsində sürüşmə zonasında prosesin aktivləşməsi nəticəsində evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir.
AIA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024