Mobil versiya
Sabahın HAVAsı
Tarix: 08-02-2018 | Saat: 12:55
Bölmə:Karusel / Ölkə | çapa göndər

Sabahın HAVAsı


Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 9-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024